''ABŞ Ukraynaya dəstək verməyə davam edəcək''

''ABŞ Ukraynaya dəstək verməyə davam edəcək''

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin ölkəsinin Ukraynaya dəstək verməyə davam edəcəyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Lloyd Ostin Rusiya-Ukrayna müharibəsinin birinci ilinin tamam olması münasibəti ilə yazılı açıqlama verib.
“Bir il əvvəl bu gün Rusiya demokratik qonşusu olan Ukraynaya səbəbsiz bir şəkildə hücum etdi'', - deyə Ostin bildirib.
ABŞ rəhbərliyinin son bir ildə Ukraynaya verdiyi yardımın 32 milyard dollara çatdığını qeyd edən Ostin Ukrayna Müdafiə Təmas Qrupuna daxil olan ölkələrin Ukraynaya 20 milyard dollardan çox yardım etdiyinə diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə