Türkiyə, Finlandiya və İsveç nümayəndə heyətləri NATO-nun mənzil-qərargahında görüşəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib.
Yens Stoltenberq ötən həftə paytaxt Ankaraya səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla martın ortalarında Belçikanın paytaxtı Brüsseldə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli görüşün keçirilməsi ilə əlaqədar razılıq əldə etdiklərini deyib.
Yens Stoltenberq Estoniyanın Müstəqillik Günü münasibətilə Aİ Komissiyasının sədri Ursula fon der Leyen ilə bu ölkəyə səfər edib.
Paytaxt Tallində Estoniyanın baş naziri Kaja Kallas ilə keçirilən üçtərəfli mətbuat konfransında çıxış edən Y.Stoltenberq Rusiyanın Ukraynaya hücumundan sonra baş verən hadisələrdən birinin İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi olduğunu xatırladıb.
Yens Stoltenberq iki ölkənin alyansa üzvlük prosesində irəliləyişlər olduğunu bildirib.
Türkiyənin Finlandiyanın üzvlüyünə müsbət yanaşdığını və İsveçlə bağlı bəzi məsələlərin olduğunu bildirən Y.Stoltenberq iki ölkənin üzərinə düşəni etdiyini qeyd edib.
Y.Stoltenberq Macarıstan Parlamentinin iki ölkənin üzvlük protokollarının təsdiqi üçün gələn həftə prosesə başlayacağını və bundan məmnun olduğunu, Finlandiya və İsveçin də ən qısa zamanda üzv olmasını hədəflədiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB