Rusiya Əfqanıstanda 9 ildə itkilərini Ukraynada bir ildə itirib

Rusiya Əfqanıstanda 9 ildə itkilərini Ukraynada bir ildə itirib

Deməli, Rusiyanın fevral hücumundan sonrakı bir ildə Ukraynadakı müharibədə həlak olan rusiyalıların sayı Sovet İttifaqının Əfqanıstan müharibəsində 9 il ərzində verdiyi rəsmi itkilərdən xeyli çoxdur.

Qeyd edək ki, SİA bunu havadan demir, rəsmi rus saytlarına istinad edir.

Əvvəla açıq mənbələrə görə, jurnalistlər hərbi əməliyyatlarda 15 136 rusiyalının öldüyünü təsdiqləməyə nail olublar. Əslində bu, sadəcə, jurnalist tədqiqatı kimi də qəbul edilə bilər.

Maraqlıdır ki, onlar burada söhbətin təkcə hərbçilərdən deyil, həm də digər hüquq-mühafizə orqanlarının əməkdaşlarından və “Vaqner” PMC-nin muzdlularından getdiyini yazırlar.

Etiraf edilməlidir ki, buradakı məlumatlar tam dəqiq kimi qəbul edilməməlidir, çünki itkilərin real sayı dəfələrlə çox ola bilər.

O da maraqlıdır ki, nə Moskva, nə də Kiyev bu günə qədər ölənlərin sayını rəsmi şəkildə açıqlamayıb.

Yeri gəlmişkən, Qərb kəşfiyyatının hesablamalarına görə, Rusiya ordusunun ölən və yaralananlarla itkisi 200 min nəfərə çata bilər.

Hələ bir müddət bundan əvvəl, dəqiq desək noyabrda Pentaqon hər iki tərəfin, Rusiya və Ukraynanın itkilərinin hər birinin 100 min itkiyə məruz qaldığını bildirmişdi.

Xatırladaq ki, Baş Prokurorluğu Müharibə İdarəsinin rəisi Yuri Belousov “The Independent” qəzetinə müharibənin ildönümü ilə bağlı müsahibəsində Ukraynada hərbi əməliyyatlar zamanı 100 minə qədər mülki şəxsin həlak ola biləcəyini demişdi.

Qeyd edək ki, BMT-nin rəsmi hesablamalarına görə, bu təxminən 8000 nəfərdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə