Axtarışda olan terrorçu Suriyada zərərsizləşdirilib

Axtarışda olan terrorçu Suriyada zərərsizləşdirilib

İstanbulda İstiqlal prospektində terror hücumu planlaşdıran, terror təşkilatı PKK/YPG mənsubu Halil Menci Suriyada zərərsizləşdirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı 13 noyabrda İstanbulun İstiqlal prospektində törədilən və 6 adamın həyatını itirdiyi, 81 nəfərin yaralandığı terror hücumu ilə əlaqədar istintaq aparıb.

Hücumun günahkarları Ahlam Albashır Saleh və Bilal Hassanı istiqamətlədirən və Hassanın ölkə xaricinə qaçmasını təmin edən Halil Mencinin PKK/YPG nəzarətindəki Suriyanın Qamişlı bölgəsində qorunduğu, YPG-nin dırnaqarası başçıları ilə əlaqədə olduğu müəyyən ediib.

Türkiyenin Milli Kəşfiyyat Təşkilatının xüsusi əməliyyat qrupu tərəfindən diqqətli şəkildə təqib edilən H. Menci 22 fevralda Qamışlıda həyata keçirilən nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə