Çinin şimalında kömür mədənində yaranan uçqun nəticəsində azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb, 48 nəfər isə itkin düşüb. SİA xarici KİV-ə isitnadən xəbər verir ki, bu barədə cümə axşamı Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə zamanı mədəndə təxminən 60 nəfərin olduğu bildirilib. İnsident çərşənbə günü Çinin Daxili Monqolustan Muxtar Vilayətinin Alaşan oymağında (yerli inzibati ərazi vahidi – red.) baş verib.
Bildirilir ki, qəza yerində minə yaxın xilasedici işləyir. Əraziyə 150-dən çox texnika cəlb edilib.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB