"Ukraynadakı münaqişə bu il də bitməyəcək"

"Ukraynadakı münaqişə bu il də bitməyəcək"

Olaf Şolz, Rusiyaya hücum üçün Ukraynaya verilən silahlardan istifadə etməyi ağılsızlıq hesab edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Almaniya kansleri bu barədə fevralın 23-də “ZDF” telekanalına müsahibəsində bildirib.

Maraqlıdır ki, o düzgünlüyü ağıllı olmaq kimi dəyərləndirib.

“Ona görə də, məsələn, indi bizim təchiz etdiyimiz silahlardan istifadə edənin Rusiya ərazisinə hücum etməsi çox ağlabatan olmazdı”, - deyə kansler bildirib.

Şolzun ​​sözlərinə görə, Berlin bunun baş verməyəcəyi ilə razılaşır.

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, Kiyevin Rusiya daxilinə zərbələr üçün Qərb qırıcılarından və uzaqmənzilli silahlardan istifadə etməyəcəyinə söz verib.

Yeri gəlmişkən, Olaf Şolz, Ukraynadakı münaqişənin 2023-cü ilin sonuna qədər bitməyəcəyinə də əminlik bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə