Böyük Britaniyanın sabiq baş naziri Boris Consona Avropanın ən güclü vəzifələrindən biri - NATO-nun baş katibi verilə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu elə də bir yenilik deyil. Belə ki, hələ bir müddət bundan əvvəl bu barədə “The Telegraph”da məlumat yaymışdı.
Hələ o vaxt nəşr, hazırkı baş katib Yens Stoltenberq sentyabrda istefaya gedəcəyini və Britaniyada hakim mühafizəkarlar Consonun onun yerinə namizədliyini dəstəkləyəcəklərini yazmışdı.
Maraqlıdır ki, həmən ərəfədə Böyük Britaniya Müdafiə Nazirliyinin adını açıqlamayan rəsmisi “The Telegraph”a, alyansda qərarlar yekdilliklə qəbul edildiyi üçün Fransa prezidenti Emmanuel Makron Consonun NATO-nun baş katibi olmaq cəhdinə veto qoyacağını da bildirmişdi.
Təbii ki, bunlar artıq arxada qalıb. Qeyd edək ki, Boris Conson da daha Böyük Britaniyanın baş naziri deyil.
Amma belə görünür ki, onun NATO-ya rəhbərlik etmək istəyi hələ də səngiməyib.
“Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikrim var. Mən özümü namizəd kimi görürəm. Bu, çox yaxşı mövqedir, vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür”.
Qeyd edək ki, Conson bunu cümə axşamı “Rada” telekanalının efirində ukraynalı jurnalistlərin alyansa rəhbərlik perspektivi ilə bağlı sualını cavablandırarkən deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB