Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini endirdi

Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini endirdi

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı uçot faiz dərəcəsini endirib.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı qərar Mərkəzi Bankın sədri Şahap Kavcıoğlunun sədrlik etdiyi Maliyyə Siyasəti Komitəsinin iclasında verilib. Belə ki, faiz dəcərəsi 50 baza bəndi azaldılaraq 9 faizdən 8,5 faizə endirilib.

Bankın açıqlamasında fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərin iqtisadiyyata qalıcı təsir göstərməyəcəyi vurğulanıb:

“Şura fəlakətin təsirlərini minimuma endirmək və lazımi transformasiyanı dəstəkləmək üçün müvafiq maliyyə şəraitinin yaradılmasına üstünlük verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə