Helikopter qəzaya uğrayıb: nazir yaralanıb, müşavir həlak olub

Helikopter qəzaya uğrayıb: nazir yaralanıb, müşavir həlak olub

İranda helikopter qəzası nəticəsində 1 nəfər həlak olub, 2 nəfər ağır yaralanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, həlak olan şəxs İranın gənclər və idman nazirinin müşaviridir. Nazir Seyid Həmid Səccadi isə yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Qəza Tehran yaxınlığındakı aeroportda baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə