...İndi Siz deyin, bununla bağlı rusların şübhələnməyə əsasları var, ya yox?
Beləliklə, artıq dördüncü aydır ki, Almaniya hakimiyyəti hələ sentyabrda “Şimal axını”nda baş verən partlayışlarla bağlı Rusiya hakimiyyətinə cavab vermir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Rusiyanın Almaniyadakı səfiri Sergey Neçaev rus nəşrlərinə bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin oktyabr ayından alman həmkarlarına, o cümlədən baş nazir Mixail Mişustindən və Rusiya Federasiyasının Baş Prokurorluğundan yazılı sorğu və müraciətlər daxil olub.
Amma, Neçaevin dediyinə görə, təəssüf ki, heç bir cavab almamışıq.
Buna görə də “...sual açıq qalır, alman baş prokurorunun açıqlaması ki, rus izi tapılmayıb, biz qeydə almışıq, amma rus izi tapılmırsa, o zaman kimin izi tapılıb və cəmiyyətin bundan niyə xəbəri yoxdur?
Bunu da Sergey Neçaev sual edir.
Qeyd edək ki, Beynəlxalq araşdırmaya səbəb amerikalı jurnalist Seymur Herşin qaz kəmərlərində təxribatın NATO təlimləri adı altında Norveçin köməyi ilə ABŞ tərəfindən həyata keçirildiyini bildirməsi olub.
Məqsəd, motiv isə Almaniyanı Ukraynaya hərbi və maliyyə dəstəyi verməyə məcbur etmək istəyi olub?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB