Finlandiya Ukraynaya üç “Leopard 2” verəcək

Finlandiya Ukraynaya üç “Leopard 2” verəcək

Finlandiya Müdafiə Nazirliyi ölkənin üç alman “Leopard 2” tankını Ukraynaya təhvil verəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə fevralın 23-də “RİA Novosti” məlumat yayıb.

Helsinkinin yeni hərbi yardım paketi çərçivəsində Kiyevə tanklar göndərəcəyi bildirilir.

Yeri gəlmişkən, yeni paketin dəyəri 160 milyon avronu keçəcək. Bundan əlavə, Finlandiya hərbçilərə “Leopard 2”nin istifadəsi və saxlanması üzrə təlim keçəcək.

Bununla belə, Finlandiya Müdafiə Nazirliyi başqa heç bir təfərrüat, xüsusən də tankların çatdırılma vaxtı və üsulu ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Ukrayna hərbçilərinin “Leopard 2” tanklarını idarə etmək üzrə təlimlərinin Almaniyada keçdikləri barədə məlumat verilmişdi.

Onu da qeyd edək ki, Almaniyanın Müdafiə Nazirliyi “Leopard 2” tanklarının Ukraynaya tədarükü vaxtını artıq açıqlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə