"Rusiya ilə sərhəddə “təhlükəsizlik zonası” yaratmaq lazımdır"

"Rusiya ilə sərhəddə “təhlükəsizlik zonası” yaratmaq lazımdır"

Kiyevdə Rusiya ilə sərhəddə “təhlükəsizlik zonası” yaratmaq təklif edilib.

SİA-nın əldə etdiyi məlumata görə, belə bir təşəbbüslə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov çıxış edib.

O, hələ 1991-ci ildən Rusiya ilə sərhəddə eni 40 ilə 100 kilometr arasında olan “təhlükəsizlik zonası” yaratmağın lazmlılığını bildirib.

“Mənim fikrimcə, biz sərhədimiz ətrafında təhlükəsizlik zonası üçün şərait yaratmalıyıq. Buna necə nail olmaq olar, bir çox variant var. 100 km-lik zona haqlıdır, lakin hətta 40 km-lik də az-çox normal olacaq”, - deyə Ukrayna kəşfiyyatının rəhbəri bildirib.

Budanova görə, cavab verməyə vaxt tapmaq üçün bu, “normal nəzarətə” malik silahsızlaşdırılmış zona ola bilər.

Eyni zamanda, o, belə bir təhlükəsizlik zonasının yaradılmasını Ukrayna üçün təcili ehtiyac kimi dəyərləndirib.

Bununla belə, Budanov itirilmiş əraziləri qaytararaq Ukrayna ordusu üçün daha da irəli gedib-getməmək qərarını onun deyil, ölkə prezidenti Vladimir Zelenskinin verəcəyini də bildirib.

“Daha irəli gedib-getməməyimiz mənim üçün sual deyil, lakin sərhəddə təhlükəsizlik zonasının yaradılması zərurətdir. Bu məqsədə necə nail olmağın bir çox variantı var”, - deyə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə