"Dövlətə xəyanət edənlərə ölüm hökmü oxunacaq!"

"Dövlətə xəyanət edənlərə ölüm hökmü oxunacaq!"

Belarusun Dövlət Təhlükəsizlik Komitəsi bu yaxınlarda Qərb ölkələrinin bütün növ kəşfiyyat xidmətlərinin fəallığının kəskin artdığını qeyd edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu bunu DTK sədri İvan Tertel yeddinci çağırış Milli Respublika Şurasının onuncu sessiyasında deyib.

Tertelin sözlərinə görə, Qərb kəşfiyyat orqanlarının hərəkətləri Belarusa qarşı yönəlib. Onlar qanunla qorunan məlumatlara çıxışı olan insanları işə cəlb etməyə, həmçinin Belarus hüquq-mühafizə orqanlarının işçilərini qabaqlamağa çalışırlar.

DTK sədri əlavə edib ki, ilin əvvəlindən rəhbəri olduğu təşkilatın əməkdaşları 10-dan çox vətənə xəyanətkarı müəyyən edib saxlayıblar və hazırda onlara qarşı dövlətə xəyanətlə bağlı cinayət işi açılıb.

Bununla belə, vəziyyət gərgin olaraq qalır və daha çox diqqət tələb edir.

“Xarici kəşfiyyat xidmətlərinin hüquq-mühafizə orqanlarına, dövlət aparatına soxulmaq üzrə aqressiv fəaliyyətini və milli maraqlara dəymiş ciddi ziyanı nəzərə alaraq, vəziyyət bu təhlükələrin zərərsizləşdirilməsi üçün kompleks tədbirlərin görülməsini tələb edir”-deyən DTK sədri dövlətə xəyanətə görə artan məsuliyyətin “dövlət vəzifəsini tutan məmurlar” kateqoriyasına qədər genişləndirilməsini təklif edib.

Tertelin fikrincə, dövlətə xəyanətə görə cəza müstəsna tədbirin - ölüm hökmünün tətbiqi olmalıdır.

Qeyd edək ki, bir müddət bundan əvvəl belaruslu parlamentarilər dövlətə xəyanətdə məmurların ölüm cəzasının mümkünlüyünə istinad edən qanun layihəsini təsdiqləyiblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə