Rusiya Xarici İşlər Nazirliyi xatırladıb ki, bəhanədən asılı olmayaraq, danışıqlar prosesinin dondurulması qəbuledilməzdir: bu, yaxınlaşdırmır, ancaq Cənubi Qafqazda sabit sülh və təhlükəsizliyin əldə olunmasını ləngidir. Mariya Zaxarova vurğulayıb ki, Moskva Azərbaycan və Ermənistan nümayəndələri arasında müxtəlif formatlarda görüşlərin təşkili üçün hər cür dəstəyi verməyə hazırdır.
Səbəbindən asılı olmayaraq Ermənistanın Azərbaycanla danışıqları dondurması heç bir nəticə verməyəcək, əksinə, yalnız Cənubi Qafqazda sülhün bərqərar olmasını təxirə salacaq.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib bunu.
Mariya Zaxarova ilk növbədə xatırladıb ki, üçtərəfli bəyanatlara əsasən, Moskva Azərbaycan və Ermənistan arasında müharibədən sonrakı nizamlanma üçün ardıcıl tədbirlər görür.
O, Rusiya Müdafiə Nazirliyi və sülhməramlıların Xarici İşlər Nazirliyi ilə birlikdə Laçın yolunda yaranmış vəziyyətlə bağlı fəal səylər göstərdiyini qeyd edib: dekabrın 12-dən indiyədək 2,5 tondan çox humanitar yük çatdırılıb.
Rusiyalı səlahiyyətli xatırladıb ki, vəziyyətin gərginlik dərəcəsindən asılı olmayaraq, belə bir bəhanə ilə danışıqların dayandırılması əks effekt verir.
Zaxarova diqqəti belə bir davranışın heç bir şəkildə yaxınlaşdırmadığı, əksinə, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını gecikdirdiyinə yönəldib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əmin edib ki, Moskva Ermənistanla Azərbaycan arasında sərhəddə blokların açılması üzrə üçtərəfli işçi qrupunun və komissiyanın yeni görüşlərinin keçirilməsi üçün əlindən gələni etməyə hazırdır. Bundan əlavə, Rusiya tərəfi xarici işlər nazirləri səviyyəsində sülh sazişi üzrə danışıqların təşkilinə köməklik göstərəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB