Zaxarova Ukraynada sülhün əldə olunması üçün şərtləri açıqlayıb

Zaxarova Ukraynada sülhün əldə olunması üçün şərtləri açıqlayıb

Mariya Zaxarova Ukraynada sülhün tezliklə əldə olunması üçün lazım olan şərtləri açıqlayıb.

Bu barədə fevralın 22-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi brifinq zamanı bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Moskva həmişə danışıqlar prosesindən son fürsətə kimi istifadə edir.

Bununla belə, o qeyd edib ki, bu halda bütün imkanlar sınanıb və tükənib.

“Tez sülh üçün yalnız Qərbin və müvafiq olaraq Kiyevin siyasi iradəsi lazımdır. Amma biz bunu müşahidə etmirik”-deyən Zaxarova, Moskvanın Kiyevdən fərqli olaraq heç vaxt dialoqdan və münaqişənin həlli üçün diplomatik yolların axtarışından imtina etmədiyini deyib.

Xatırladaq ki, Kreml Kiyevin Moskva ilə danışıqları 2022-ci ilin yazında “yuxarıdan” verilən əmrlə dayandırdığını bildirib.

Bu arada Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell, Avropanın Ukrayna ilə bağlı danışıqlara həmişə açıq olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə