Səfir Önal, BMT-nin ABŞ-ın Nyu York şəhərindəki baş qərargahında Quterreşin qəbulunda olub. Səfir qəbul zamanı etimadnaməsini Baş katibə təqdim edərək vəzifəsinin icrasına başlayıb. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, qəbulda Türkiyədə çox saydan insanın həyatını itirməsinə və dağıntılara səbəb olan zəlzələlərdən sonra BMT-nin, beynəlxalq ictimaiyyətin humanitar yardım üçün səfərbər edilməsində rolunu davam etdirməsinin və Türkiyə ilə tam həmrəylik nümayiş etdirməsinin əhəmiyyəti vurğulanıb.
Ukrayna və Rusiya taxılının, xüsusi ilə gübrəsinin ehtiyacı olan ölkələrə daşınmasını təmin etmək üçün taxıl sazişinin icrasının vacibliyinə toxunulub. Sıfır tullantı məsələsi də daxil olmaqla, Türkiye ilə BMT arasında geniş sahədə əməkdaşlıq və koordinasiyanın davam etdirilməsi məqsədinə sadiqlik qarşılıqlı şəkildə təsdiqlənib.
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyənin BMT nəzdindəki daimi nümayəndəsi vəzifəsini səfir Feridun Sinirlioğlundan təhvil alan Önal 2018-ci ildən xarici işlər nazirinin müavini vəzifəsində çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB