Əgər Kiyevə “JDAM-ER” uzaqmənzilli raketlər verilsə...

“Bu halda nə DPR, nə də LPR ərazisində praktiki olaraq təhlükəsiz yer olmayacaq”
Əgər Kiyevə “JDAM-ER” uzaqmənzilli raketlər verilsə...

Əgər Kiyev “JDAM-ER” dəstləri alacağı təqdirdə, hazırda “təhdid etdiyi” Donbasda praktiki olaraq təhlükəsiz yer qalmayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri fevralın 22-də “Rossiya-1” telekanalının efirində DXR rəhbərinin səlahiyyətlərini icra edənin müşaviri Yan Qaqin bildirib.

DXR Kiyev rejimini “JDAM-ER” uzaqmənzilli GPS idarəolunan bombalarla təchiz edərkən Donbass ərazisində təhlükəsiz yerlərin yoxa çıxması barədə xəbərdarlıq edib.

Maraqlıdır ki, Qaqin hazırda Kiyevin Donbası bimbalayacağı barədə məlumatı nə təsdiq, nə də təkzib etmək mümkün olmadığını deyib. Amma tərəddüd içində olan DXR səlahiyyətlisi “JDAM-ER” uzaqmənzilli sursatlara hələ rast gəlmədiklərini də etiraf edib.

... Ancaq, həqiqətən də, Kiyev bu silahlardan istifadə etsə, məncə DPR və LPR ərazisində praktiki olaraq təhlükəsiz yer olmayacaq.

Bunu da Qaqin deyib.

Qeyd edək ki, əvvəllər Vaşinqton Ukraynaya “Boeing” şirkətinin istehsalı olan “JDAM-ER” kompleksləri verməyi planlaşdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə