Saakaşvili “arıqlaya-arıqlaya gedir”...

Saakaşvili “arıqlaya-arıqlaya gedir”...

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili arıqlamağa davam edir - son üç həftə ərzində o, daha 2,5 kq arıqlayıb. “Vivamedi” klinikasının məlumatına görə, onun indi çəkisi 67,2 kiloqramdır və bədən kütləsi indeksi 18,2-dir.

SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, üç həftədən bir qədər əvvəl, yanvarın 28-də klinika 69,7 kq ağırlığında olduğunu bildirirdi.

Xatırladaq ki, həbs edilən Mixail Saakaşvili 116 kq çəki və 195 sm boyu ilə həbsxanaya daxil olub. “Vivamedi” həkimləri bu gün brifinq keçiriblər, onlar pisləşmə tendensiyası, ümumi zəiflik və əzalarda ağrıları təsdiqləyiblər. Eyni zamanda, onlar əsas səbəb kimi “balanssız qidalanma”nı göstəriblər.

Klinikanın klinik direktoru Zurab Çxaidze bildirib ki, xəstəxana əlindən gələni edir, lakin “həkimlərin məqsədi xəstənin məqsədi ilə üst-üstə düşməlidir”.

Çxaidzenin sözlərinə görə, klinika Saakaşvilinin müalicə üçün başqa klinikaya köçürülməsini tövsiyə edə bilməz, lakin istənilən xarici mütəxəssisi müalicəyə cəlb etməyə hazırdır.

“Vivamedi” klinikası öz reputasiyasını qorumaq və Saakaşvilini məhv etməyə çalışmaqla yanaşı, “özünümüdafiə rejiminə də keçib”.

Qeyd edək ki, bunu vəkil Şalva Xaçapuridze bildirib.

“Saakaşvilinin orqanizmi yeməkdən imtina edir, yəni yeyə bilmir”.

Bunu isə ailəsi Saakaşvilinin anləsi iddia edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə