Rusiyanın daha bir “xarici agenti” Gürcüstana buraxılmayıb

Rusiyanın daha bir “xarici agenti” Gürcüstana buraxılmayıb

Rusiyalı vəkil Maksim Oleniçev Gürcüstana buraxılmayıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, Berlindən İstanbul vasitəsilə Tbilisiyə uçub.

Beləliklə, Maksim Oleniçevin sözlərinə görə, hava limanında sərhədçi onun pasportunu götürüb, şəklini çəkib və “WhatsApp” vasitəsilə kiməsə göndərib.

Yarım saatdan sonra başqa bir məmur Oleniçevə ona ölkəyə girişin qadağan edildiyini desə də, lakin müvafiq sənəd təqdim etməyib.

Müharibə başlayandan sonra Rusiyadakı insanlara təhlükəsiz məkanda kömək etməyə davam etmək üçün Rusiyanı tərk edib Gürcüstana gəldiyini deyən Oleniçev bu ölkənin onun üçün ikinci evimə çevrildiyini bildirir.

Lakin, ğzünün dediyi kimi, bir həftə əvvəl Gürcüstan hakimiyyəti onu, eləcə də bəzi digər “xarici agentləri” Gürcüstana evə buraxmayıb.

Rusiyalı vəkilin dediyinə görə, səbəb ona izah edilməyib. Maraqlıdır ki, indi özünə yeni həyat qurmaq məcburiyyətinə qalan Oleniçev, bunu ədalətsizlik kimi dəyərləndirir: “Mən Gürcüstan qanunlarını pozmamışam, mən Gürcüstana pul cəlb edirəm, vergi ödəyirəm”.

Maksim, həmçinin 2022-ci ilin oktyabrından dekabr ayına kimi onun üç həmkarının da Gürcüstana buraxılmadığını bildirib. Qeyd edək ki, onların arasında Yelena Skvortsova və İqor Dorfman da var.

Qeyd edək ki, Maksim Oleniçev uzun illər “Komanda 29” hüquq müdafiə təşkilatında çalışıb. Onun vəkilləri Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunu və dövlətə xəyanətdə ittiham olunan jurnalist İvan Safronovu müdafiə ediblər. Məhz elə buna görədir ki, 2021-ci ilin noyabrında Oleniçev Rusiyada xarici agent kimi tanınıb.

Yeri gəlmişkən, Gürcüstanda müxalif düşüncəli rusların ölkəyə buraxılmaması halları tez-tez baş verir.

Belə ki, 2023-cü ilin əvvəlindən hüquq müdafiəçisi və “Zorakılıq.yox" fondunun təsisçisi, “xarici agent” Anna Rivina və yazıçı-jurnalis Filip Dzyadkoya ölkəyə giriş qadağan edilib.

Xatırladaq ki, bir gün əvvəl Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ölkə parlamentində rusların Gürcüstana girişinə qadağa qoyulmasını şərh edib. Lakin bu kontekstdə o, gürcü müxalifətini qınamaqla yanaşı, digər ölkələrdə də oxşar problemlərlə üzləşən Gürcüstan vətəndaşlarından danışıb. O bildirib ki, fevralın 20-də təkcə Filipp Dzyadko deyil, digər 8 Rusiya vətəndaşı da Gürcüstana buraxılmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə