Çin prezidenti Xi Cinpingin yaxın aylarda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi iddia edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərdə Cinpingin Rusiyaya gedəcəyi bildirilib, lakin tarix hələ dəqiq deyil. Ehtimal olunur ki, görüş Rusiyanın İkinci Dünya Müharibəsindəki qələbəni qeyd etdiyi zaman, aprel və ya mayın əvvəlində baş tutacaq.
İddia edilən görüş zamanı Cinpingin çoxtərəfli sülh danışıqları və nüvə silahından istifadə edilməməsi çağırışlarını təkrarlayacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB