İtaliya Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır

İtaliya Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır

İtaliya Ukraynanın yenidən qurulması ilə bağlı konfrans keçirməyi planlaşdırır. SİA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında İtaliyanın baş naziri Giorgia Meloni deyib.

O qeyd edib ki, konfrans bu ilin aprel ayında baş tuta bilər.

"Biz yenidənqurma məsələsi haqqında çox danışdıq. İtaliya yenidənqurma üzrə konfrans üzərində işləyir", - Meloni çıxışında vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə