Oteldə baş verən yanğında 6 nəfər ölüb - YENİLƏNİB

Oteldə baş verən yanğında 6 nəfər ölüb - YENİLƏNİB

Moskvanın mərkəzində oteldə yanğın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, onlardan ikisi uşaqdır. SİA-nın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

300 kvadratmetr sahədə yanğın tam söndürülüb.

Bildirilib ki, yanğın otelin beşinci mərtəbədə, oteldə qalan şəxs əşyalarını yandırdığı üçün başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə