Bu arada Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Cozef Baydenin Kiyevə səfərini və Ukraynaya yeni hərbi yardım paketini tamaşa adlandırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Lavrov burada heç bir qeyri adiliyin olmadığını bildirib. Onun dediyinə görə, keçmiş qərbli həmkarlarımızın nöqteyi-nəzərindən və nasist rejimini xilas etmək baxımından hər şey bu axarda, yəni tamaşa halında işləyir.
Rusiyalı nazirə görə, “...amma cəhdlər əbəsdir”.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiyanın Cozef Baydenin Kiyevə səfərini diqqətlə izlədiyini demişdi. Kreml sözçüsü, Ukrayna və Amerika liderlərinin görüşünü Rusiya üçün qeyri-adi hadisə deyil və heç bir şəkildə ölkə siyasətinə təsir etməyəcəyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB