Rusiya ordusu Ukraynanın şərqində qondarma “böyük” hücuma başlayandan bəri heç bir irəliləyiş əldə etməyib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.
Danilovun telemarafonun efirində, Rusiya Federasiyasının “böyük” hücumunun sönməkdə olduğunu deyib. Onun dediyinə görə, böyük hücum, rusların planlaşdırdıqları kimi, 8-10 gün davam etsə də, amma heç bir uğuru gözə görünmədi.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi xatırladıb ki, hazırda düşmən beş istiqamətdə irəliləməyə cəhd etsə də, lakin müdafiəçilər ölkəmizi cəsarətlə qoruyurlar.
Qeyd edək ki, Danilov vəziyyətin çətin olduğunu da etiraf edib.
“Bu gün Ali Baş Komandanın Qərargahının iclasında bu məsələni müzakirə etdik. Biz həftədə ən azı iki-üç dəfə bütün məsələləri müzakirə edirik. Hər gün Qərargah toplanır. Bu təcavüzkar mütləq dəf ediləcək. Onların qələbəsi sıfırdır”, - deyə Danilov bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB