ABŞ 2024-cü ildə NATO zirvə görüşünə ev sahibliyi edəcək

ABŞ 2024-cü ildə NATO zirvə görüşünə ev sahibliyi edəcək

Gələn il ABŞ NATO sammitinə ev sahibliyi edəcək.

SİA APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden çərşənbə axşamı Varşavada çıxışı zamanı deyib.

“ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynanı müdafiə etməyə davam edəcək. Gələn il NATO-nun bütün üzvlərini ABŞ-da keçiriləcək sammitdə qəbul edəcəyəm. Biz birlikdə dünya tarixinin ən güclü müdafiə ittifaqının 75 illiyini qeyd edəcəyik” – Bayden vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə