Bayden ABŞ-ın Ukraynaya dəstəyi azaltmayacağını bildirib

Bayden ABŞ-ın Ukraynaya dəstəyi azaltmayacağını bildirib

Polşaya səfəri zamanı ABŞ Prezidenti Co Bayden Varşavada əhalinin qarşısında çıxış edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, təxminən 20 dəqiqə çəkən çıxış əksər televiziyalarla canlı yayımlanıb.

Baydenin çıxışının əsas mövzusu Ukrayna münaqişəsi olub.

“Rusiyanın torpaq acgözlüyü onu məğlubiyyətə sürükləyir. Ukrayna qələbə qazanacaq... Son 1 ildə Vladimir Putinin qeyri-mümkün hesab etdiyi proseslər baş verdi. Dünyada demokratiya gücləndi, avtoritarizm zəiflədi. Rusiya qoşunları çıxılmaz vəziyyətdədir” - deyə Bayden bildirib.

Bayden ABŞ-ın Kiyevə dəstəyi azaltmayacağını vurğulayıb. ABŞ prezidenti yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların da tətbiq olunacağını elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə