ABŞ və Avropa İttifaqı müharibəyə və ya ümumiyyətlə, Rusiyanın məhvinə can atmır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Moskva ilə döyüşmək istəmədiyini ABŞ prezidenti Cozef Bayden Polşaya səfəri ilə bağlı çıxışı zamanı bildirib.
“Mən bir daha rus xalqına müraciət edirəm. ABŞ və Avropa ölkələri Rusiya üzərində nəzarəti bərqərar etməyə və ya onu məhv etməyə çalışmırlar. Qərb Rusiyaya hücum etməyi planlaşdırmırdı”, - Amerika lideri xatırladıb.
Xatırladaq ki, fevralın 21-də Putin Federal Məclisə mesajı açıqlayarkən Rusiyanın START-da (ABŞ ilə Strateji Hücum Silahlarına dair Müqavilə) iştirakının dayandırıldığını elan edib. Dövlət başçısı qeyd edib ki, gələcəkdə müqavilə çərçivəsində qarşılıqlı fəaliyyət göstərmək üçün NATO-nun ümumi nüvə arsenalının necə nəzərə alınacağını dəqiq başa düşmək lazımdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB