Belarusun Nümayəndələr Palatası ikinci, yekun oxunuşda dövlətə xəyanətə görə ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənədə əsasən, ölüm cəzası vəzifəli şəxslərə və hərbi qulluqçulara şamil edilə bilər.
Qanun layihəsində sülh və bəşəriyyətin təhlükəsizliyinə, ictimai təhlükəsizliyin, yol hərəkətinin təhlükəsizliyinin, əhalinin sağlamlığının və dövlətin əleyhinə olan cinayətlərə görə cərimənin tətbiqi də nəzərdə tutulur.
Qeyd edək ki, Cinayət Məcəlləsinə yeni “Terrorçuluğun təbliği” maddəsinin əlavə edilməsi təklif edilir. Deputatların fikrincə, bu, terrorizmi reabilitasiya edən məlumatların yayılmasının qarşısını almağa kömək edə bilər.
Bundan əlavə, qanun layihəsində Belarus ordusunu və hüquq-mühafizə orqanlarını nüfuzdan salan, bilərəkdən yalan məlumatların yayılmasına görə məsuliyyət nəzərdə tutulur.
Beləliklə, hazırda qanun layihəsi Respublika Şurası tərəfindən təsdiq edilməli və Aleksandr Lukaşenko tərəfindən imzalanmalıdır.
Xatırladaq ki, Belarus Avropada ölüm hökmünün ləğv edilmədiyi yeganə ölkədir. Yeri gəlmişkən 1990-cı illərdən bəri ölkədə 400-dən çox ölüm hökmü icra edilib.
Hələ 2021-ci ilin mayında Aleksandr Lukaşenko terror aktlarına cəhdə görə ölüm cəzasına icazə verən qanunu imzalayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB