"Vaqner” PMC-nin təsisçisi və sponsoru, Putinə yaxın biznesmen Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini onun şəxsi hərbi şirkətini məhv etməyə cəhddə ittiham edib və bunu vətənə xəyanətlə eyniləşdirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Priqojinin bəyanatını onun mətbuat xidməti yayıb.
Priqojin orada iddia edir ki, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov “Vaqner” PMC qırıcılarına döyüş sursatının verilməsini qadağan ediblər.
Qeyd edək ki, “Vaqner” PMC ilə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında münaqişə uzun müddətdir ki, davam edir.
Belə ki, hələ ötən ilin dekabrında “Vaqner”çilərin Baş Qərargah rəisi Valeri Gerasimovu təhqir etdikləri və onlara mərmi vermələrini tələb etdikləri bir video çəkmişdilər.
Onu da qeyd edək ki, ötən gün Priqojin Ukraynanın Donetsk vilayətindəki Baxmut yaxınlığında döyüşən “Vaqner” PMC döyüşçülərinin mərmi təchizatında böhran yarandığını açıqlayıb, lakin maraqlı da olsa, o, bu dəfə Müdafiə Nazirliyinin rəhbərlərinə qarşı birbaşa ittihamlar-filan səsləndirməyib.
Burada daha maraqlısı isə bilirsiniz nədir? Priqojinin Rusiya ordusunda “mərmi çatışmazlığının” olmaması ilə bağlı iddiası.
Bəli, Priqojinə görə, Rusiyanın kifayət qədər mərmisi var, sadəcə olaraq “Vaqner” PMC-yə verilmir və veriləndə də çox xəsisliklə.
Qeyd edək ki, “Vaqner” PMC “sahibi” artıq altı aydır Donetsk vilayətindəki Baxmutu ala bilməmələrini də elə
bununla əlaqələndirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB