Xüsusi hərbi əməliyyat başlayandan bəri 110 minə yaxın ukraynalı əsgəri “Vaqner” PMC özəl hərbi şirkət tərəfindən öldürülüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “öldürdüklərini bir-bir sayan” Yevgeni Priqojin bildirib.
Onun sözlərinə görə, söhbət Ukrayna Silahlı Qüvvələrinin və “digər strukturların” hərbi personalından gedir.
Priqojin ABŞ hökumətinin 30 min nəfər hesab etdiyi “Vaqner” PMC-dəki itkilərlə bağlı suala da cavab verib. Maraqlıdır ki, o bəzi etiraflarda bulunan özəl hərbi şirkət “rəhbəri” onlar əsir götürdükləri əsgərləri qubaldla vurub döymədiklərini bildirib. “Əgər siz ABŞ hökumətinin mehriban şirkətinin bir hissəsi kimi bizə gəlsəniz, o zaman biz qubalddan necə istifadə edəcəyimizi düşünərik”.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2023-cü ilin yanvarında Kiyevin 6,5 mindən çox hərbçi itirdiyini bildirmişdi.
Eyni müddət ərzində Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinə məxsus 26 təyyarə, 7 helikopter, 208 pilotsuz uçan aparat, 341 tank və 40 reaktiv yaylım atəş sistemini məhv etdiklərini də bildiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB