"Rusların heç biri xarici yaxtaları və saraylarını itirənlərə rəğbət bəsləmir"
Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində, Rusiya Federasiyasının adi vətəndaşlarının anti-Rusiya sanksiyaları səbəbindən xarici mülklərini itirmiş oliqarxlara rəğbət bəsləmədiklərini bildirib.
Rusiyada külli miqdarda pul qazanıb xaricdə yaxtalar, saraylar alan, sonra isə onları itirənlərə sadə ruslar rəğbət bəsləmir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Vladimir Putin bildirib.
Baxmayaraq ki, o, belə rus iş adamlarının “sadəcə soyulduğunu” qeyd edib.
Rusiya liderı ölkənin sadə vətəndaşlarından heç birinin xarici banklarda kapitalını, yaxtalarını, saraylarını itirənlərə yazığı gəlmədiyini deyib.
Putinin dediyinə görə, əgər iri rus biznesləri vətənlərinin yanında olsaydılar, onda heç kim onları qarət etməyəcəkdilər.
Və yerli ruslar da həmən insanlara qürur və minnətdarlıq nümayiş etdirəcəkdilər.
Qeyd edək ki, Avropa İttifaqı Şurası Rusiyaya qarşı ilk sanksiyalar paketindən məhdudlaşdırıcı tədbirlərin 2024-cü il fevralın 24-dək uzadılmasını təsdiqləyib.
Ümumilikdə, Avropa İttifaqı, indiki məqamda, keçən ilin fevral ayının sonundan etibarən Rusiyaya qarşı doqquz sanksiya paketini təsdiqləyib. Bunlara həm Rusiya şirkətlərinə, həm də bütövlükdə ölkəyə qarşı ticarət və maliyyə məhdudiyyətləri, həm də fərdi sanksiyalar daxildir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB