Türk Hava Yollarının (THY) baş direktoru Bilal Ekşi Hatayın Defne rayonunda baş verən 6,4 bal gücündə zəlzələdən sonra Hatay Hava Limanında təxliyə uçuşlarının davam etdiyini açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, THY-nin baş direktoru sosial media hesabından paylaşım edərək, "Tez sağal, Hatay. Zəlzələdən sonra Hatay Hava Limanında uçuş-enmə zolağı yenidən yoxlanıldı. Uçuş zolağında heç bir problem olmadığı təsdiqləndi. Daha sonra bizim təyyarə hava limanından sağ-salamat havaya qalxdı” ifadələrdən istifadə edib.
THY-nin 167 sərnişini olan TK 4371 saylı təyyarəsinin Sabiha Gökçen Hava Limanına enməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB