Hindistanın Pitoraqarh şəhərindəki poliqonda Hindistan və Özbəkistan silahlı qüvvələrinin “Dustlik” adlı iki həftəlik birgə təlimi başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hər bir ölkə təlimlərə 45 hərbçi cəlb edib. Onların vəzifəsi “birgə əməliyyatlar üçün yeni nəsil texnika və texnologiyalardan istifadə etməyi öyrənmək”dir.
Qeyd olunur ki, manevrlər zamanı əsas vurğu iki ölkənin qüvvələri arasında qarşılıqlı fəaliyyətin artırılmasına yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB