Bu gün Ukraynanın silah-sursat istehlakı onların Qərb ölkələrindəki istehsal həcmindən çoxdur. SİA-nın əldə etdiyi məlumata görə, bunu CNN telekanalına müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Biz bunu qeyd etdik və məsələyə tamamilə açıq idik. Sursat sərfi bizim istehsalımızdan çoxdur. İndiyədək mövcud ehtiyatlardan istifadə etmişik, lakin hasilatı da artırmalıyıq”.-deyən Stoltenberq həmçinin Rusiyanı əhəmiyyətli insan resurslarına işarə edərək, onu qiymətləndirməməyə çağırıb. “Kəmiyyət özlüyündə keyfiyyətdir. Biz Rusiyanı qiymətləndirməməliyik”, - o əlavə edib.
Qeyd edək ki, müsahibə zamanı Stoltenberq 2023-cü ilin payızında vəzifəsini tərk etmək niyyətində olduğunu da təsdiqləyib.
Stoltenberq alyans üzvlərinin xahişi ilə qalmağa razı olub-olmadığını soruşduqda, hələ baş verməmiş bir şey haqqında spekulyasiya etmək istəmədiyini bildirib. “Mən bütün diqqətimi NATO-nun Ukraynaya yardımına yönəltmişəm”-deyə bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB