“Moldova çoxdan NATO və Qərb tərəfindən mənimsənilib”

“Moldova çoxdan NATO və Qərb tərəfindən mənimsənilib”

Dnestryanı bölgənin (PMR) xarici işlər naziri Vitali İqnatyev "İzvestiya"ya müsahibəsində Moldovanın NATO və Qərb ölkələri tərəfindən çoxdan mənimsənildiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, nazir qeyd edib ki, Moldova illərdir fəal hərbiləşdirmə aparır. Bu, 2022-ci ildə Ukraynada xüsusi əməliyyat başlayandan sonra xüsusilə nəzərə çarpmaqdadır.

“Moldova çoxdan NATO və Qərb ölkələri tərəfindən mənimsənilib. Təəssüf ki, bizim fikrimizcə, bu, neytrallıq prinsipinə uyğun gəlməyən dövlətdir”, - deyə Vitali İqnatyev bildirib.

Nazir ümid etdiyini bildirib ki, Moldova militarizasiya əvəzinə sülh və təhlükəsizliyin qorunması və təmin edilməsi üçün bütün səyləri göstərəcək.

Rus saytlarının yazdığına görə, İqnatiev, Moldovanın yeni baş naziri Dorin Reçanın Dnestryanının demilitarizasiyası və sülhməramlıların oradan çıxarılmasının zəruriliyini elan edən sözləri barədə düşündüyünü də bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə