AFAD sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edib

AFAD sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edib

Hatayda baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlərdən sonra dəniz səviyyəsinin qalxması riskinə qarşı sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu xəbərdarlıq Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) tərəfindən olunub.

AFAD-ın sosial media hesabında paylaşılan yazıda Hatayda baş verən zəlzələlərdən sonra əlaqədar qrupların həyəcan vəziyyətində olduğu və bildirişlərə operativ reaksiya verildiyi bildirilir.

“Hatayın Defne rayonunda 6,4, Samandağ rayonunda isə 5,8 bal gücündə iki zəlzələ olub. Vətəndaşlarımızın dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskinə qarşı ehtiyat tədbiri olaraq sahil zolağından uzaq durmaları vacibdir”, - deyə paylaşılan yazıda qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə