Gürcülər Kiyevdəki tədbirə qatılmaqdan imtina ediblər

Gürcülər Kiyevdəki tədbirə qatılmaqdan imtina ediblər

Gürcüstan parlamentinin nümayəndə heyəti Rusiyanın işğalının ildönümündə - fevralın 24-də Kiyevə səfər etməkdən imtina edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, məlumatı hakim “Gürcü arzusu” partiyasının üzvü İrakli Zarkua da təsdiqləyib.

“...Ukraynanın yüksək rütbəli məmurları dövlətimizi ikinci cəbhə açmağa çağıranda, bir çox ciddi ittihamları olan həbsdə olan Saakaşvilini siyasi məhbus adlandıranda, düşünürəm ki, bu, diplomatik münasibətlərə yer qoymur”-deyən Zarkua əlavə edib ki, gürcü hakimiyyəti “Ukrayna xalqını dəstəkləyir”, “bütün səviyyələrdə hər şeyi edir”, bir çox güclü ölkələr, o cümlədən Avropa ölkələri “Gürcüstanın Rusiyaya qarşı cəsarət etdiyi şeyi etməyə cəsarət etmədi”...

Qeyd edək ki, bundan əvvəl Gürcüstan parlamentinin nümayəndə heyətinin fevralın 24-də Kiyevə səfərdən imtina etməsi faktını müxalifətçi, “Strategiya Aqmaşenebeli” partiyasının lideri Georgi Vaşadze da təsdiqləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə