Vəba, hepatit A və rotavirus tezliklə Türkiyə və Suriyada sürətlə yayıla bilər. Zəlzələdən zərər çəkmiş rayonlar risk altındadır. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi tərəfindən Türkiyə və Suriyanın təsirlənmiş bölgələrində vəba və hepatit A kimi təhlükəli infeksiyaların yayılması proqnozlaşdırılır.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi mütəxəssisləri hesab edir ki, yaxın 2-4 həftə ərzində Türkiyə və Suriyanın fəlakət bölgələrində yoluxucu xəstəliklərin - vəba, hepatit A, rotavirusun yayılma ehtimalı yüksəkdir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, xəstəliyin yayılmasına səbəb təmiz suyun olmaması, pis sanitar şərait, qidaların düzgün saxlanmaması və yemək bişirilməsi ola bilər.
Qeyd edək ki, zəlzələdən zərər çəkənlərin müvəqqəti yerləşdirildiyi düşərgələrdə insanların izdihamı qeydə alınır ki, bu da respirator xəstəliklərin yayılma riskinin də yüksək olması deməkdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB