Baydenin Kiyevə səfəri zamanı Moskva ilə kommunikasiyalar aparılib

Baydenin Kiyevə səfəri zamanı Moskva ilə kommunikasiyalar aparılib

Vaşinqton ABŞ prezidenti Cozef Baydenin Kiyevə səfəri zamanı heç bir təxribatın olmadığına əmin olmaq üçün Moskva ilə kommunikasiyalar aparıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Associated Press Ağ Evə istinadən xəbər verir.

“Münaqişə vəziyyətlərinin qarşısını almaq üçün Rusiya tərəfi ilə ünsiyyət qurulub”

Qeyd edək ki, Ağ Evdən veriləm xəbərdə ABŞ administrasiyası bu təmaslarla bağlı təfərrüatları açıqlamayıb.

Agentliyin məlumatına görə, Baydeni səfərdə bir neçə yüksək səviyyəli köməkçi və iki jurnalist müşayiət edib. Bu, təhlükəsizliyi və məxfiliyi qorumaq üçün lazım olub.

Öz növbəsində Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da Vaşinqtonun səfərdən bir neçə saat əvvəl bununla bağlı Moskva ilə əlaqə saxladığını təsdiqləyib.

Yeri gəlmişkən, ABŞ prezidenti bazar günü saat 4:15 radələrində (Moskva vaxtı ilə 12:15) Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasından havaya qalxıb, sonra təyyarə Almaniyadakı Ramşteyn aviabazasında eniş edib və daha sonra o, Kiyevə gedib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə