Tbilisidə Gürcüstan hökuməti administrasiyasının qarşısında eks-prezident Mixail Saakaşviliyə dəstək aksiyası keçirilirr. SİA-nın əldə etdiyi məlumata görə, Vahid Milli Hərəkat Partiyasının üzvləri və tərəfdarları kansleriyanın binası yaxınlığında toplaşıb, Mixail Saakaşvilinin xaricə müalicə üçün köçürülməsini tələb edirlər.
Mitinq iştirakçıları özləri ilə “Mişaya azadlıq!” yazılmış plakatlar və bayraqlar gətiriblər. Verilən məlumatlara görə, hadisə yerinə çoxlu sayda polis səfərbər edilib.
Mitinqin təşkilatçılarından biri Alik Kupravanın sözlərinə görə, mitinq Mixail Saakaşvili azad olunana qədər davam edəcək.
O, həmçinin Gürcüstanın bütün bölgələrində, rayonlarında və kəndlərində nümayişlər olacağını istisna etməyib. Onun dediyinə görə, mübarizənin əsas qayəsi prezident Saakaşvilinin azadlığı, ölkənin Avropa gələcəyi, vətəndaşların rifahının yaxşılaşdırılması uğrunda mübarizə olacaq..
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB