Ukrayna prezidenti Vladimir Zelenski, Ukrayna hərbçilərinin Baxmut uğrunda vuruşmayacaqlarını bildirib. Qeyd edək ki, bu addım Ukrayna prezidentinin itkilərin qarşısını almasına hesablandığı kimi qəbul edilir.
SİA-nın əldə etdiyi məlumata görə, Zelenski bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
Ukrayna prezidenti Donbassda ruslar tərəfindən viran edilmiş bir çox şəhərlər kimi. Baxmutun da elə də böyük şəhər olmadığını bildiribh.
Təbii ki, onu müdafiə etmək bizim üçün vacibdir - deyən Zelenski, amma öz əsgərlərini qırğına verməməyəcəyini də bildirib.
Zelenskiyə görə, ruslar bundan sonra Kramatorsk və Slavyanska, Donbas sərhədlərinə və Dneprə qədər getmək istəyirlər, əgər bacarsalar.
Ukrayna prezidenti gündəlik müraciətində Uqledar döyüşlərdən də danışıb. Vəziyyətin çox ağırolduğunu amma mübarizənin aparıldığını deyib.
Yeri gəlmişkən, bir gün əvvəl Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak da Baxmut istiqamətindəki vəziyyəti şərh edib. Amma o Zelenskidən fərqli olaraq, “...biz onu müdafiə edirik. Biz getməyi planlaşdırmırıq” deyə bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB