Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdiyini iddia edib

Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdiyini iddia edib

Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdiyini iddia edib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik brifinqində məlumat verilib.

Nazirlik qeyd edib ki, Rusiya hərbçiləri Donetsk vilayətinin Paraskovyevka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Ukrayna tərəfi isə yaşayış məntəqəsinin ələ keçirilməsi barədə məlumata münasibət bildirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə