Fransa Ukraynaya tank yollayacaq

Parisin Ukraynaya göndərdiyi “AMX-10RC” təkərli tanklarI həftə sonunda təhvil veriləcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu “Parisien” nəşrinə müsahibəsində deyib.

“Bu tanklar həftənin sonunda təhvil veriləcək”, - deyən nazir şəxsi heyətin hazırlığının başa çatdığını bildirib.

Eyni zamanda, Lekornu çatdırılacaq tankların sayını dəqiqləşdirməyib. “Forces Operations” nəşri ordudakı yazır ki, Kiyev 14 zirehli maşın alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə