Ermənistanda kütləvi etirazlar başlayıb

Ermənistanda kütləvi etirazlar başlayıb

Ermənistanın Basarkeçər rayonunun sakinləri Nevroloji İnternat Məktəbində şagirdlərə qarşı aşkarlanmış qəddar rəftara etiraz əlaməti olaraq polis bölməsi, sonra isə məhkəmə binası qarşısında etiraz aksiyası keçiriblər. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, internat məktəbi müəllimlərinin vəkili Stepan Davtyan məktəbin 3 əməkdaşının gecə saatlarında evə buraxıldığını, dünən məhkəmənin direktorun və psixiatrın həbsi ilə bağlı vəsatətə baxdığını bildirib.

"Bir neçə saatdır ki, 250-yə yaxın vətəndaş etiraz aksiyası keçirir. Biz məhkəmənin qərarına qədər burada qalacağıq", - o deyib.

“Nazirlik işin hallarının tam açıqlanması istiqamətində hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək”, - ölkənin Əmək və Sosial Məsələlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, ötən gün internat məktəbinin direktoru, psixiatrı, növbətçi santexnik və şöbələrdən birində növbətçi tibb bacısı bir sıra qanun pozuntularına görə saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə