Ramzan “qardaşı” Priqojin kimi şəxsi hərbi şirkətini açacaq, amma...

Ramzan “qardaşı” Priqojin kimi şəxsi hərbi şirkətini açacaq, amma...

Bu arada Çeçenistanın rəhbəri Ramzan Kadırov “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin ilə “rəqabət” aparmaq niyyətində olduğunu və dövlət qulluğunda işini başa vurduqdan sonra özünün şəxsi hərbi şirkətini açmaq istədiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bundan bir müddət əvvəl Kadırov Priqojinlə birlikdə Rusiya Müdafiə Nazirliyini açıq şəkildə tənqid etmişdi.

Qeyd edək ki, bir müddət əvvəl Ramzan, Ukraynadakı müharibədə iştirak edən “Vaqner” PMC-in döyüşçülərini “hərbi cəhətdən effektivliyini sübut edənlər” kimi təqdim edərək, Priqojini “bu şücaətinə” görə “qardaş” deyə çağırıb.

Yeri gəlmişkən, özünü “Putinin piyadası” (...deyim ki, bizlərdə “peşka” bir az yaxşı qəbul edilməsə də, amma Ramzan bu adı “qürurla” daşıyır-A.B.) kimi kimi təqdim edən Kadırov Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı Priqojini dəfələrlə dəstəkləyib.

Hələ üstəlik, deyilənlərə görə, onların strukturları əməkdaşlıq da edir. edir: məlumdur ki, Çeçenistan vasitəsilə müharibəyə göndərilən “könüllülər” sonradan , “Vaqner” PMC-də peyda olurlar.

Xatırladaq ki, ötən ilin oktyabrında Kadırov “Vaqner” PMC-nin rəhbərini “əziz qardaş” və “doğulmuş döyüşçü” adlandıran bir yazı dərc etmişdi.

Bununla yanaşı, Ramzan həmin vaxt Ukrayna Limanını təslim edən Mərkəz ordu qrupunun komandiri general Aleksandr Lapini kəskin tənqid etmişdi və bu da Priqojin tərəfindən dəstəklənmişdi.

Bu arada qeyd edək ki, əgər Ukraynaya qarşı müharibənin əvvəllərində Kadırov mütəmadi olaraq “vətənlərini müdafiə etməyə” hazır olan çoxlu sayda çeçen haqqında məlumat verirdisə, son zamanlar daha alovlu çıxışlar etmir və etdiyi çıxışları da çox zaman çeçen dilində edir. Niyə?

Məsələ bundadır ki, Kadırovun hakimiyyət orqanları könüllü kimi müharibəyə getmək istəməyən sakinlərə qarşı aqressiv media kampaniyasına başlayıblar.

Belə görünür ki, məcburi göndərilənləri də Priqojinin Vaqner” PMC-nə qatırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə