Zelenski 300-dən çox rusiyalıya qarşı sanksiyaları təsdiqləyib

Zelenski 300-dən çox rusiyalıya qarşı sanksiyaları təsdiqləyib

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 333 rusiyalıya qarşı sanksiya tətbiq edilməsi barədə qərarını təsdiqləyib. SİA-nın əldə etdiyi məlumata görə, fərman dövlət başçısının aparatının saytında dərc olunub. “Qara siyahı”ya düşənlər arasında “Alfa-Bank”ın top-menecerləri də var. Moskva birjası da sanksiyalara məruz qalıb.

Qeyd edək ki, sanksiyalar 10 il müddətinə tətbiq edilir.

Onu da qeyd edək ki, tədbirlərə aktivlərin dondurulması və digər məhdudiyyətlər daxildir.

Yeri gəlmişkən, bundan əvvəl “Bloomberg” ABŞ-ın Rusiya Federasiyasına qarşı yeni sanksiyalarının enerji sektoruna və hərbi-sənaye kompleksinə təsir edəcəyini yazmışdı. Xatırladaq ki, maliyyə qurumları və bir neçə fiziki şəxs də məhdudlaşdırıcı tədbirlərə məruz qalacaq.

“Bloomberg”in məlumatına görə, ABŞ və müttəfiqləri sanksiyalardan yayınmanın qarşısını almaq və üçüncü ölkənin Rusiya Federasiyasına yardımını məhdudlaşdırmaq üçün tədbirlərə diqqət yetirəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə