Naməlum şəxs ticarət mərkəzində atəş açıb

Naməlum şəxs ticarət mərkəzində atəş açıb

Rostov-na-Donda ticarət mərkəzində naməlum şəxs travmatik silahdan atəş açmağa başlayıb, nəticədə iki nəfər yaralanıb.

“Naməlum cinayətkar Rostov-na-Don, Korolev prospekti, 10/4 ünvanındakı mağazanın ərazisində olarkən qəfil münaqişə zəminində travmatik silahdan istifadə edərək odlu silahdan atəş açıb və bədən xəsarətləri yetirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəsarət alanlar 1980 və 2003-cü il təvəllüdlü şəxslərdir.

Polis jurnalistlərə bildirib ki, “bu faktla bağlı araşdırma aparılır, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (“xuliqanlıq”) ilə cinayət işi başlanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi müəyyənləşdirib saxlamağa çalışırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə