Əfqanıstanda Nəvainin abidəsinin sökülməsinə Daşkənd reaksiya verib
Əfqanıstanda 1,5 il əvvəl hakimiyyətə gələn “Taliban” hərəkatının nümayəndələri Bəlx vilayətində Əlişir Nəvainin abidəsinin zədələnməsi ilə bağlı məlumatı təsdiqləyib və bu vəziyyəti “vandalizm” adlandırıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Axror Burxanov məlumat verib.
Xarici İşlər Nazirliyinin rəsmisinin sözlərinə görə, Özbəkistan diplomatları Əfqanıstan tərəfi ilə əlaqə saxlayıb və onlar əmin ediblər ki, bu vandalizm aktı heç bir halda “Taliban” siyasətini əks etdirmir.
“Taliban” nümayəndələri bu vəziyyəti “naməlum şəxslərin icazəsiz və düşünülməmiş hərəkətlərinin nəticəsi” kimi izah ediblər.
Özbəkistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Əfqanıstan nümayəndələri abidələrin bərpası və ümumi irsimizə hörmət edilməsi üçün tədbirlər görəcəklərini bildiriblər.
Yeri gəlmişkən xatırladaq ki, özbək şairi və mütəfəkkiri Əlişir Nəvai 1441-ci ildə Teymurilərin nəzarəti altında olan Əfqan Heratında anadan olmuşdu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB