İlhaq edilmiş Krımın hakimiyyəti ukraynalı fiziki şəxslərin 700-ə yaxın aktivini milliləşdirməyə qərar verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” qəzeti yazır.
Vilayətin dövlət şurasının rəhbəri Vladimir Konstantinovun sözlərinə görə, milliləşdirilmiş əmlakın sahibləri arasında iri ukraynalı iş adamları və siyasətçiləri - Rinat Axmetov, İqor Kolomoyski, Arseni Yatsenyuk, Nestor Şufriç, Serhiy Taruta və başqaları var.
Milliləşdirilmiş aktivlərə torpaq və daşınmaz əmlak daxildir. Qeyd edək ki, Rusiya tərəfindən yaradılmış Krım parlamenti onların sahiblərinin Kiyev hakimiyyəti ilə əlaqəli olduqlarını və Rusiyaya qarşı dost olmayan hərəkətlər etdiklərini də istisna etmir.
Bu arada Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbəri Sergey Aksyonovun sözlərinə görə, milliləşdirilmiş əmlak hərraca çıxarılacaq. Onun satışından əldə edilən bütün gəlir Rusiyanın Ukraynadakı müharibəni adlandırdığı kimi xüsusi hərbi əməliyyata xərclənməlidir.
Onu da qeyd edək ki, əmlak ilk olaraq qiymətləndirmə prosesindən keçəcəyi üçün hərracın konkret vaxtı hələ müəyyən edilməyib. Yeri gəlmişkən dövlət şurasının rəhbəri Vladimir Konstantinov aktivlərin mümkün dəyərini milyardlarla rublla qiymətləndirib.
Yeri gəlmişkən bundan əvvəl Krım parlamenti ukraynalı iş adamlarının əmlakının milliləşdirilməsi barədə qərar qəbul etmişdi. Belə ki, Baxçasaraydakı “Stroyindustriya” zavodu, Zaliv gəmiqayırma zavodu, “Novacenter” tikinti hipermarketi və ticarət kompleksi, həmçinin “Meqastroy” MMC-nin torpaq sahələri, daşınar və daşınmaz əmlakı milliləşdirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB