Almaniyanın xarici işlər naziri Annalena Berbok Bundestaqın buraxılacağı təqdirdə Almaniyanın kansleri vəzifəsinə namizədliyini irəli sürməyə hazırlaşır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə bazar günü, fevralın 19-da “Journal du Dimanche” Almaniya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb.
Belə çıxır ki, Almaniyada Ukrayna münaqişəsi ilə bağlı böhran Bundestaqın buraxılmasına gətirib çıxara bilər. Və bu vəziyyətdən ölkənin xarici işlər naziri Burbock istifadə edəcək.
“Xarici işlər naziri... Annalena Burbok hətta kanslerlik vəzifəsinə namizəd olmağa hazırlaşır”, -qeyd etdiyimiz kimi bunu fransız jurnalistlər yazır.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Burbok Münhen Təhlükəsizlik Konfransında Rusiya prezidenti Vladimir Putin öz siyasətini 360 dərəcə döndərəcəyi təqdirdə, Ukraynanın təhlükəsizliyini təmin etmək mümkün olacağənı demişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB